Qadının başındakı buynuzları görənlər təəccüblənirlər

DÜNYA 09 yan 2023, 23:05
 Hindistanda qadın 3 il əvvəl başlayan dözülməz ağrının başındakı buynuzlardan qaynaqlandığını və görənlərin buna mat qaldığını bildirib.

Demokrat.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Hindistanda yaşayan Mimiya Bai Kori 3 il əvvəl dözülməz ağrılardan əziyyət çəkməyə başlayıb. Onun başına gələnləri eşidənlər görməyincə onun gerçək olduğuna inanmayıblar.

Hazırda 60 yaşı olan Kori 3 il əvvəl buynuz yetişdirməyə başlayıb. Çox ağrıdığını deyən Kori narahatlığını bu sözlərlə izah edib:

“Mənim çəkdiyim fiziki və psixoloji ağrıları heç kim anlaya bilməz. Üç ildir pis olmuşam, yalvaracaq kimimsə qalmayıb. Məni dinləyən yoxdur. Mən əziyyət çəkirəm”.

Korinin əzab çəkdiyini görən yaxınları həkimlərin onlara şəhərin ən yaxşı mütəxəssislərinə müraciət etməyi məsləhət görüblər:

"Ancaq maddi imkansızlıq səbəbindən bunu edə bilmirik".

Müalicə üçün mütəxəssis həkimlərlə görüşdüyünü deyən Kori əməliyyata  qalsa, xərcləri qarşılaya bilməyəcəyini, ona görə də dövlətdən kömək gözlədiyini bildirib. Həkimlər Korinin bu xəstəliyini "dəri buynuzu" adlandırıblar . Bu buynuzların bazasında dəri xərçəngi ola biləcəyini ehtimal edirlər.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top