Hadisə

Bakıda tikinti materialları mağazasında yanğın baş verdi: Xəsarət alanlar var

Bakıda tikinti materialları mağazasında yanğın baş verdi: Xəsarət alanlar var

Bu günpaytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.

Bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”İstehsalat Birliyi məlumat yayıb.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Hal-hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır.

Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür.

Həmçinin Departament rəisi qeyd edib ki, “Azəriqaz”İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.

Bakıda tikinti materialları mağazasında yanğın baş verdi: Xəsarət alanlar var

NE
Nihadə Eyyubova