"İmişlidə müəllimə töhmət verilməsi həmin videoya görə deyil" — ŞOK AÇIQLAMA

GÜNDƏM 09 yan 2023, 16:49
"Müəllimin müvafiq tələbi yerinə yetirilməlidir" 

Xəbər verdiyimiz kimi, İmişli rayonu Aranlı kənd orta məktəbində dərs deyən Leyla müəllimə bir neçə gün öncə sosial şəbəkədə təhsil ocağında  tualetin yoxluğundan şagirdlərin əziyyət çəkdiyini bildirmişdi. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymadığını qeyd etmişdi. Hətta bundan sonra problemi işıqlandırdığına görə ona töhmət verildiyini açıqlamışdı.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, İmişlidə müəllimə töhmət verilməsi həmin videoya görə deyil:

"Töhmətin verilməsi müəllimin dərslərə davamiyyətində olan problemlə bağlıdır. Eyni zamanda, şagirdlərin məktəbliləri gəlməməyə sövq etməsiylə əlaqəlidir. Bunu əsas götürərək onlar töhmət veriblər. Səhv etmirəmsə, ilkin məlumat bundan ibarətdir. İstənilən halda, biz kənardan baxsaq, həmin müəllimin görüntüləri çəkməsindən sonra ona töhmətin verilməsi məsələsi üzə çıxıb. Nəticə etibarilə məlum olub ki, müəllimin dərsə davamiyyəti ilə bağlı da problemlər var. Məhz bu əsas gətirilərək ona töhmət verilib.  Amma, sırf o görüntüyə görə töhmət verilibsə, təbii ki, bu doğru deyil. Çünki istənilən halda əgər mövcud problem varsa, o problemin həlli ilə bağlı çağırış varsa, ona töhmət verilməli deyil və dəstək olunmalıdır. Müəllimin müvafiq tələbi yerinə yetirilməlidir".

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top