Ukraynanın Zaporojye vilayətində BMT missiyası atəşə tutuldu

DÜNYA 08 yan 2023, 13:34
Zaporojye vilayətində BMT missiyası Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.

Bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.

Onun sözlərinə görə, təşkilatın nümayəndələri humanitar yardım çatdırmağa çalışıblar.

"Atəşin olmaması ilə bağlı razılığa gəlindi. Amma təəssüf ki, Rusiya tərəfi Orexova humanitar yük gətirən BMT-nin humanitar missiyasını da atəşə tutub", - A.Starux əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top