Bakıda "İran nemətləri" mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkarlanıb

SOSİAL 06 yan 2023, 19:31
Bakıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "İran nemətləri" mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkar edib.

Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 7-də yerləşən bu obyektdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və Azərbaycan dilində markalanması olmayan məhsulların satıldığı aşkarlanıb.

Qeyd edək ki, AQTA əməkdaşlarının yanvarın 5-də keçirdiyi monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı
qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top