Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin Ukraynada bütün cəbhə boyu 36 saatlıq atəşkəslə bağlı əmr imzalayıb.
Demokrat.az xəbər verir ki, Kremlin yaydığı açıqlamaya görə, Putin atəşkəs qərarını Milad dövrü olduğuna görə verib. Rusiya Müdafiə Nazirliyi atəşkəsin saat 12:00-dan başladığını açıqlayıb.
“Münaqişələrin baş verdiyi ərazilərdə çoxlu pravoslavların olduğunu əsas götürərək, biz Ukrayna tərəfini Milad bayramı zamanı insanların dini mərasimlərdə iştirak edə bilməsi üçün atəşkəs elan etməyə çağırırıq”, - deyə məlumatda bildirilir.
Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill 6-7 yanvar tarixlərini əhatə edən pravoslav Milad dövründə Ukraynada atəşkəsə çağırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bununla Rusiyanın atəşkəs çağırışına cavab verib. Zelenski iddia edib ki, Rusiya Milad bayramından Ukrayna qüvvələrinin Donbasda irəliləyişini dayandırmaq üçün istifadə etmək istəyir.
“Dünyada hamı bilir ki, Kreml müharibəni yeni güclə davam etdirmək üçün müharibənin möhlətindən necə istifadə edib”, - deyə Ukrayna lideri bildirib.
Çıxışının bir hissəsində rus dilində danışan Zelenski Rusiya vətəndaşlarına müraciət edərək, ötən il noyabrın 15-də və dekabrın 12-də Rusiya hökumətinə “Sülh Formulu” təqdim etdiklərini, lakin bunun Kreml tərəfindən qəbul edilmədiyini qeyd edib.
Atəşkəslə bağlı ilk açıqlama ABŞ prezidenti Co Baydendən gəlib: “Mən Putinin dediyi hər şeyə cavab verməkdən çəkinirəm”
Jalə
Demokrat.az