İnsan bədənində "zombi hüceyrələri" tapıldı

SOSİAL 28 aprel 2025, 09:06
Con Hopkins Universitetinin tədqiqatçıları forma və funksiyaları ilə fərqlənən qocalmış "zombi" dəri hüceyrələrinin üç fərqli alt tipini müəyyən ediblər. Onlara qarşı fəaliyyət xərçəng kimi xəstəliklərlə mübarizə aparmağa kömək edəcək.

Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub.

"Zombi hüceyrələri" normal hüceyrələrdən fərqli olaraq bədəndə özünü yox etmir. Zərər və ya stres səbəbi ilə bölünməyi dayandırırlar, toxumalarda qalırlar və iltihaba səbəb olurlar.

Alimlər qeyd edirlər ki, bu tədqiqat zərərli qocalma hüceyrələrini hədəf alacaq dərmanlar hazırlamaq üçün imkanlar açır. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 aprel 2025, 15:52
Top