“Santa More” restoranında kütləvi dava — 5 nəfər cəzalandırıldı

KRİMİNAL 05 yan 2023, 17:44
Sumqayıt şəhərində bir qrup gənc arasında kütləvi dava olub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Novxanı qəsəbəsində yerləşən “Santa More” adlanan restoranda baş verib. 

Orada B.Nəzərli, Ə.Vüsallı, E.Turallı və digər iki nəfər arasında mübahisə yaranıb. Gənclər arasında yaranan mübahisə sonda dava ilə nəticələnib. 

Bundan sonra səs-küyə ora polis əməkdaşları gəlib və onları Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə gətiriblər. 

Saxlanılan şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə ittiham verilib. 

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barələrində inzibati protokol yazılan şəxslərin hər biri 150 manat məbləğində cərimə olunublar. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top