Bakıda meyitləri tapılan 4 nəfərin 6 gün əvvəl öldüyü ehtimal olunur — FOTOLAR

SOSİAL 05 yan 2023, 14:09
Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə baş verən ərazidə yaşayan sakin Əsgər İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslər mənzilə 10 gündür kirayəçi kimi köçüblər:

“Onlardan birini tanıyırdım. Ev sahibinə anası ilə kirayə qalacağını və Yeni il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib. Bu gün ev sahibi kirayə müqaviləsinə görə mənzilə gəlib və evin qapısının arxadan bağlı olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb. Daha sonra ev sahibi polisə məlumat verib”.

Sakin qeyd edib ki, meyitlər tanınmaz halda olublar:

“2022-ci ilin dekabrın 31-də hadisənin olduğu deyilir”.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil veriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top