“Aksiyada ermənilərlə azərbaycanlılar arasında insident yaşana bilər”

GÜNDƏM 05 yanvar 2023, 12:11
“Bu gün damarında millət qanı, milli qeyrəti olan hər bir adam Xankəndi-Şuşa yolundakı aksiyada növbə çəkməyə hazırdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri əlavə edib ki, hər bir kəs könüllü şəkildə həmin aksiyada iştirak etmək istəyir:

“Sadəcə olaraq, hökumət bu prosesi tənzimləyir. Heç kəsi ora getmək üçün məcbur etmirlər. Bizim partiyadan da qeyri-hökumət təşkilatlarının xətti ilə gedənlər olub. Onlar da orada 3-4 gün vaxt keçirən adamlar olmayıb. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hər gün təhlükəsizliklə bağlı çox ciddi problemlər var. Çünki o ərazilərimiz minalardan hələ tamamilə təmizlənməyib və insan həyatı üçün təhlükəlidir. Digər tərəfdən də, orada xarici dövlətin qoşunları dayanıb. Həmçinin, yerli ermənilərlə azərbaycanlılar arasında insident yaşana bilər. Ona görə də, o təşəbbüs dövlət tərəfindən tənzimlənməlidir və orada heç bir qeyri-adi bir şey yoxdur. Təsadüfi deyil ki, Azərbaycan xüsusi təyinatlıları da mitinq iştirakçılarının təhlükəsizliyini təmin edir. Onlar üçün çadırlar düzəldiblər, yeməklər təşkil ediblər. Unutmayaq ki, bu gün Xankəndi-Şuşa yolundakı aksiya bir millətin aksiyasıdır və dövlət əhəmiyyətli aksiyadır.  Xankəndi iqtisadi zonasının Azərbaycanın suverenliyinə qaytarılması istiqamətində bir başlanğıcdır. Ona görə də, bunu hər hansı iqtidar-müxalifət mövqeyindən yanlış yozmaq, yaxud da, qeyri-sağlam qiymət vermək milli maraqlara cavab vermir. Belə adamları da açığı deyim ki, milli maraqlara xidmət edən adam kimi qiymətləndirmirəm”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top