"Yeni Klinika"nın həbsdə olan sabiq direktorundan xəbər var

SOSİAL 01 yan 2023, 12:47
"Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərləri barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 11-nə təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Pərviz Abbasov Ali Məhkəmədən ona bəraət verilməsi istəyir.

Xatırlatma: "Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru olmuş Pərviz Abbasov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya endirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top