Bakıda polis zabiti qəfil vəfat etdi

HADİSƏ 31 dek 2022, 13:49
Bakıda polis zabiti qəfil ürəktutmasından vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında Biləcəri qəsəbəsində baş verib. Belə ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Fuad Abbasovun evdə olarkən qəfil halı pisləşib. O, ani infarkt keçirərək dünyasını dəyişib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, Fuad Abbasov rütbəcə polis kapitanı olub. O, Qaradağ RPİ-də baş inspektor vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top