Ronaldo 2 illik müqavilə imzaladı

İDMAN 30 dek 2022, 23:38
"Mançester Yunayted"lə müqaviləsini pozan Kriştiano Ronaldonun yeni komandası açıqlanıb.

Demokrat.az
-ın "Fanatik"ə istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna transfer olunan portuqaliyalı superulduzla rəsmi müqavilə imzalanıb. Müqavilə müddətinin 2.5 il olduğu bildirilir.

Ronaldonun alacağı qonorarın əvvəllər danışıldığı kimi ildə 200 milyon avro olmadığı açıqlanıb.

37 yaşlı ulduz oyunçu karyerasını Avropada davam etdirmək istəsə də, ona başgicəlləndirici təkliflər əsasən ərəb ölkələrindən gəlməkdədir. 

"Əl- Şərq"dən gələn xəbərə görə, "Əl Rayyan" rəsmiləri Ronaldo üçün ildə 250 milyon avro təklif ediblər .

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl Nassir" klubu Ronaldo üçün 200 milyon avro təklif etmişdi .

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top