Prezidentdən AYNA ilə bağlı FƏRMAN

DAXİLİ SİYASƏT 30 dek 2022, 19:43
Prezident İlham Əliyev “AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “AYNA” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, dövlət başçısının 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “AYNA” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etmək, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanına uyğun olaraq, “AYNA” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top