Azərbaycanda bələdiyyə sədrinə cinayət işi başlanıldı

HADİSƏ 30 dek 2022, 18:47
Zərdab rayonunun Dəkkəoba bələdiyyəsinin sədri Elxan Məmmədovun 2017-2022-ci illərdə qanunsuz hərəkətlərə yol verməsinə dair toplanmış material üzrə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Bu barədə Demokrat.az-a Rayon prokurorluğundan məlumat verilib.

İstintaqın gedişində Elxan Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla bələdiyyə əmlakını mənimsəməsi və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Elxan Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top