“Ermənilərin çoxsaylı təxribatları sülh razılaşmasını pozdu” — Deputat

SİYASƏT 30 dek 2022, 16:10
Bu il Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı proqnozlaşdırılırdı. Amma, bu baş vermədi. Maraqlıdır, gələn il üçün sülhə nə qədər ümidli yanaşmaq olar? 

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, ermənilərin çoxsaylı təxribatları sülh razılaşmasını pozdu:

“Sülh razılaşmasının pozulmasının əsas səbəblərindən biri sentyabr hadisələri oldu. Digər məsələ isə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-adekvat mövqeyi idi. Təbii ki, Fransanın və onun rəhbərliyinin də münasibəti bu sülh sazişinin imzalanmasına çox ciddi mane olan əsas məqamlardan biri kimi hesab edilməlidir. Bildiyimiz kimi, Azərbaycan 5 təklif irəli sürmüşdü. Həmin təklifdə də bütün müddəalar ermənilər tərəfindən həll olunmalı idi. Lakin həm daxili siyasət, eyni zamanda status məsələsinin qabardılması, Rusiyanın Qarabağ ərazisinə emissar qismində göndərdiyi Vardanyanın əməlləri, Vardanyanla quldurbaşı Arayik Arutyanın qarşıdurması sülhün bərqərar olmasını ləngidən əsas məqamlardan biri idi. Fransa prezidenti Makronun Azərbaycana qərəzli münasibəti, Avropa Birliyi ilə Rusiya arasında olan gərginliklər bu proseslərə çox ciddi maneələr törətdi. Düşünürəm ki, 2023-cü ilddə 10 noyabr sazişinə imza atanlar öz imzalarına daha ciddi yanaşacaqlar. Təbii ki, Azərbaycan tərəfi birmənalı şəkildə qalib tərəf kimi öz təkliflərini ortaya qoyub. Rusiya və onun rəhbərliyi öz imzasına hörmətlə yanaşmalıdır. Ermənistanı sülh sazişini imzalamaya vadar etməlidir. Buradan da bir neçə məsələ var: delimitasia və demarkasiya, Zəngəzur dəhlizi, eyni zamanda Qarabağda yaşayan ermənilərin məhz Azərbaycan vətəndaşı kimi bu proseslərə yönəldilməsidir. Yəni, əsas prinsiplər bundan ibarətdir. Düşünürəm ki. 2023-cü ildə bu daha ciddi şəkildə ortaya qoyulacaq. İstər siyasi, istər mədəni, istər yumşaq güc işlətməklə, bu proseslərə artıq son qoyulmalıdır. Təbii ki, bizim hərbi gücümüz də var və bu istiqamətdə də ciddi addımlar atmaqda Azərbaycan tərəfi davam edəcəkdir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top