Dünya

Makron Paşinyana “KTMT-dən çıxma!” xəbərdarlığını edib — Ermənistanı müdafiə edə bilməyəcəyi bildirib

Makron Paşinyana “KTMT-dən çıxma!” xəbərdarlığını edib — Ermənistanı müdafiə edə bilməyəcəyi bildirib

Fransa prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Paşinyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmamağı tövsiyyə edib.

Demokrat.az bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, Paşinyan Cermukda ötən həftə səfirlərlə keçirilən görüşdə etiraf edib ki, Makron ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib. Makron deyib ki, Paris Ermənistanın təhlükəsizliyinin qarantı rolunu üzərinə götürə bilməz.

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns bildirib ki, belə bir çağırışla dövlət katibi Blinken də müraciət edib.

D
demokrat.az