Bakı restoranlarında fantastik Yeni İl menyusu — QİYMƏTLƏR

SOSİAL 30 dek 2022, 11:32
Yeni ilə cəmi iki gün qalıb və hər kəs bu bayramı fərqli şəkildə qeyd etməyə hazırlaşır. Elə paytaxtda fəaliyyət göstərən restoranların əksəriyyəti də özəl “Yeni il gecəsi” şənliyi tərtib ediblər. Qiymətlər isə bəzilərinə görə baha, bəzilərinə görə qənaətbəxş hesab oluna bilər. Demək olar ki, əksər restoranlarda isə artıq yer yoxdur.

Demokrat.az Yenicag.az-a istinadən bəzi restoranlardakı Yeni il qiymətlərini təqdim edir:

Hər axşam şou-proqramlı olan “Oazis” şadlıq sarayında ən ucuz menyu 100 manat təşkil edir.

Şıxov qəsəbəsində yerləşən “Seabay” restoranında qiymətlər 80 manatdan başlayır.

Tbilisi prospektində yerləşən “Glass” restoranında adambaşına qiymət 200 manatdır.

Binəqədi ‎rayonunda yerləşən “Cratos” ailəvi restoranında qiymətlər 200-250 manat civarındadır.

Bakının ən eleqant məkanında yerləşən, canlı musiqi məkanı olan “Şazeli Sahne” restoranında ən ucuz menyu 100 manatdan başlayır.

Nərimanov rayonu ərazisində yerləşən “Esnaf Baku” restoranında isə qiymətlər 250 manatdan başlayır. Bu restoran xüsusən türk mətbəxinin xüsusi yeməkləri ilə zəngindir.

İçərişəhərin “Şirvanşah” hotelinin üst mərtəbəsində yerləşən “Natavan Restaurant Baku” restoranında adambaşına 50 manatdan 100 manata qədər banket menyusu təklif edilir.

İçərişəhərdə yerləşən “Art Garden Restaurant” restoranında ənənəvi Azərbaycan yeməklərinə daah çox üstünlük verilir. Banket menyusunun qiyməti 90 manatdan 160 manata kimi dəyişir. Qiymətə limitsiz “Savalan” brendinin şərabının daxil edildiyi də vurğulanır.

Bayraq Meydanının yaxınlığında yerləşən “Ruby 360 Restaurant&Club“unda banket menyusunun qiyməti 110 manatdan başlayır.

“Binə Atçılıq Markəzi”ndə yerləşən “Çapar” restoranında banket menyularının qiymətləri 60-120 manat civarındadır. Qiymətə canlı musiqi daxildir.

“Gilavar” şadlıq sarayında artıq hər bir masanın bron edildiyi bildirilir. Ona görə də rezerv mümkün deyil.

Sumqayıt-Novxanı şossesində yerləşən “Kalyon” ailəvi istirahət mərkəzində də yerlər artıq tutulub.

Bakıda 7 mikrorayon ərazisində Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən “Lido” restoranının əməkdaşları isə hələ də müştərilərlə danışıq tərzini öyrənə bilməyiblər. Belə ki, Yeni İl şənliyi ilə bağlı bron üçün məlumat alarkən restoranın əməkdaşı kobud şəkildə “yerimiz yoxdur” cavabını verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top