MTN-in qalmaqallı polkovniki vəfat etdi — FOTO

KRİMİNAL 29 dek 2022, 16:37
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, bir müddət əvvəl pensiyaya çıxan İlham Qasımzadə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Milli Karate Federasiyasının vitse-prezidenti, Beynəlxalq Bankın nümayəndəsi, həmçinin “Qafqaz İt Cinsləri” İctimai Birliyinin sədri olan ilham Qasımzadə xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, mətbautda İ.Qasımzadənin sabiq nazir Eldar Mahmudov və digər MTN generalları ilə yaxın münasibətlərinin olması, onlara xaricdən cins itlər gətirməsi, eləcə də digər səpkilərdə şikayət məzmunlu məlumatlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top