Bakıda çoxmərtəbəli yaşayış binası yanır — VİDEO

HADİSƏ 29 dek 2022, 11:00
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən biri yanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, FHN-in 112 qaynar xəttinə Nəsimi rayonu, Cavadxan küçəsində, çoxmərtəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub: "Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top