"Evdə yeməyə heç nə olmadığından, sinif yoldaşlarıma makaron bişirmişdik"

ŞOU-BİZNES 28 dek 2022, 23:51
Bu gün müğənni Sevda Yahyayevanın ad günüdür.

Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında doğum günü ilə bağlı xatirələrindən birini izləyiciləri ilə bölüşüb:

"Həmin günü tam xatırlamıram, amma 2-ci və ya 3-cü sinifdə oxuyurdum. İl boyu sinif yoldaşlarımın ad günü tədbirləri məndə belə bir fikir oyatdı: Bəs mənim ad günüm niyə olmur? Ad günüm ilin sonunda olduğundan yəqin ki, uşaqlıqda bunu tam anlamamışdım.

Günlərin bir günü, baharın ortalarında yuxudan oyandım və dərsə gələrək “Bu gün mənim ad günümdür” deyə, elan etdim. Hamı məni təbrik etməyə başladı, ən əsası isə hamı məndən ad günü münasibəti ilə evimizə gəlməklərini istədilər. Heç bir şey fikirləşmədən “Dərsdən sonra bizdəsiniz və hədiyyələrinizi gözləyəcəyəm” deyərək bildirdim. Sinif yoldaşlarım bizə gələrək anamı və ailəmi bir az pis duruma saldılar. Anam heç nə anlamadı, ona "Bu gün mənim ad günümdür" söylədim. O, mənə cavabında "Qızım, sənin ad günün yeni ilə yaxın gündədir, hələ 6 aydan çox var” söyləmişdi.

Evdə yeməyə heç nə olmadığından həmin gün sinif yoldaşlarıma sadəcə makaron bişirə bilmişdik. Sinif yoldaşlarımdan birinin dedikləri isə hələ də qulağımdadır: "Sevda, sən ad günü süfrəsi açmamısan, yalnız makaron bişirmisən bizə. Ona görə də sənə hədiyyəmi verə bilməyəcəyəm".

Yəqin ki, bu hadisədən sonra ad günümü daha çox sevməyə və səbrsizliklə gözləməyə başlamışdım".
Qeyd edək ki, Sevda ötən il həkim-genetik Zakir Bayramovla ailə qurub. Cütlüyün ötən həftə Ayla adlı qızı dünyaya gəlib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top