Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir

SİYASƏT 28 dek 2022, 11:00
Azərbaycan Vəkillər Kollegiyası tərəfindən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanır.

Demokrat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, dəyişiklik ekosit barədədir:

"Bilirsiniz ki, ermənilər tərəfindən Azərbaycan ekologiyasına böyük zərər dəyib və bu proses davam edir. Azərbaycan Vəkillər Kollegiyası da həmin məsələlərə həssas yanaşır. Buna görə də kollegiyanın tərkibində fəaliyyət göstərən cinayət hüququ qrupu müvafiq təkliflər hazırlayıb. Təklif edirik ki, Cinayət Məcəlləsinə ekosit adlı maddə əlavə edilsin. Əgər çox ciddi, uzun sürən ekoloji terror aşkarlanarsa, belə bir maddə ilə məsuliyyət yaransın. Azərbaycan Cinayət Məcəlləsində belə bir maddənin olması gələcəkdə ekositin baş verməsinin qarşısını ala biləcək. Ümid edirəm ki aidiyyəti qurumlar bu məsələyə müsbət cavab veriləcək və Cinayət Məcəlləsinə belə bir maddə əlavə ediləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top