Qanunsuz ov edən şəxslər saxlanıldı

HADİSƏ 28 dek 2022, 09:38
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, araşdırma zamanı onların Kürdəmir rayon sakinləri-Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı təhqiqat qrupunda araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top