Küveytə dolu, Səudiyyə Ərəbistanına qar yağdı

DÜNYA 27 dek 2022, 22:06
Körfəz ölkələrindən olan Küveytdə dolu, Səudiyyə Ərəbistanında isə qar yağıb.

Demokrat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Küveyt Daxili İşlər Nazirliyindən açıqlamasında əlverişsiz hava şəraiti barədə məlumat verilib.

Yağan leysan səbəbindən bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Vətəndaşlardan davam edən yağıntı zamanı meydana gələ biləcək mənfi təsirlərə qarşı diqqətli olmaları istənilib. Küveytin yerli mətbuatında yer alan xəbərlərdə ölkənin cənub bölgəsində leysan yağışdan sonra "dolu fırtınası"nın təsirli olduğu bildirilib.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) məlumatına görə, ölkənin şimal-qərbindəki Təbuk bölgəsi gecə saatlarından qarın təsiri altındadır.

Soyuq hava kütlələrindən sonra Levz dağları bölgəsinin "ağlaşdığı" bildirilən xəbərdə ölkənin bir çox yerindən insanların qar sevinci üçün bura səfər etdiyi qeyd edilib. 

Səudiyyə Ərəbistanının şimal qonşusu İordaniyada güclü yağış nəticəsində bəzi yerlərdə torpaq sürüşməsi baş verib, ərazilərdə yollar bağlanıb.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top