Bakıda keçirilən konsertdə fotoqraf hovuza yıxılıb boğulma təhlükəsi yaşadı — VİDEO

ŞOU-BİZNES 26 dek 2022, 00:24
Bu gün müğənni Ayaz Babayevin "Dəniz Mall" ticarət mərkəzində baş tutan konsertində təhlükəli anlar yaşanıb.

Konsert zamanı fotoqraf Tariel Hüseynov hovuza yıxılıb.

Belə ki, fotoqraf boğulma təhlükəsi ilə üz-üzə qalıb. Mühafizə son anda onu xilas edib. Baş verən hadisə ilə əlaqədar “Dəniz Mall” ticarət mərkəzi məlumat yayıb.

Məlumata görə, tədbirin fotoqrafı konsert zamanı ehtiyatsızlıqdan suya düşüb. “Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində fotoqraf sudan tez çıxarılıb. Hər şey qaydasındadır”, deyə bildirilib.

Hadisə ilə əlaqədar Ayaz Babayev sosial şəbəkədə paylaşım edib.

O, qeyd edib ki, konsert çox uğurlu keçib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top