"Fransızların bəslədikləri ilan özlərini sancmağa başladı" — Hulusi Akar

REGİON 25 dek 2022, 20:07
"Fransızların bəslədikləri ilan özlərini sancmağa başlayıb".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, artıq hər kəs terror təşkilatının əsl üzünü görməlidir.

"Terrorçulara kömək etmək və dəstəkləməyin necə problemli olduğunu gördülər. Bunun oxşarı buradan uzaqda oldu. Harada oldu? Parisdə", - Akar deyib.

Türkiyəli nazir Fransanın paytaxtı Parisdə terror təşkilatının hücumlarına toxunaraq bildirib: "Müttəfiqlərimiz, bəzi digər dövlətlər müxtəlif səbəblərə görə PKK/YPG terror təşkilatı ilə əməkdaşlığı davam etdirir. Suriya qəbilələri gücü ancaq gücsüz və müdafiəsiz qadınlara çatan PKK/YPG terrorçularına təpki göstərdilər və bölgəni tərk etmələrini istədilər. Biz terror təşkilatına dəstək verənlər, yardım edənlər barədə açıq və qəti şəkildə xəbərdarlıq etdik. Bunların hamısının (terror aktlarının) və daha çoxunun ola biləcəyini söylədik. Bu alçaqlarla, terrorçularla əməkdaşlıq etmək olarmı? Bir terrorçu ilə başqa terrorçunun üstünə getmək olarmı? Bu mövzuda əlaqələri davam etdirir, müttəfiqlərimizə yanlışlıqlarını deyirik".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top