Ceyhun Bayramovdan Paşinyanın yeni sülh təkliflərinə münasibət: "Bu formada müqavilə imzalanmır"

SİYASƏT 23 dek 2022, 18:18
Azərbaycan və Ermənistan tərəfləri mütəmadi olaraq təkliflərin üzərində işləyir və bir-birinə təqdim edir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Baş nazir Nikol Paşinyanın ötən gün Ermənistanın Azərbaycana sülh müqaviləsinə dair təkliflər təqdim etdiyi barədə çıxışına münasibət bildirərkən deyib.

“Sənədin bizi qane edib-etmədiyi barədə cavab vermək çətindir və bu düzgün olmaz. Təbii ki, proses asan deyil, çətindir. Tərəflərin mövqeləri bir çox hallarda fərqlənir və buna görə də təkliflər bir neçə mərhələdə müzakirə olunmalıdır. Bu müzakirələr nəticəsində öz mövqeyini qarşı tərəfə daha aydın çatdırırsan və qarşı tərəfin mövqeyini daha yaxşı anlayırsan. Dünən Ermənistan Baş naziri bəyan etdi ki, təqdim etdikləri şərtlər əsasında razılaşma imzalamağa hazırdır. Lakin anlayırıq ki, bu formada müqavilə imzalanmır. Əgər bu məntiqlə çıxış etsək, o zaman biz oktyabrın 2-si Cenevrədə öz şərtlərimiz çərçivəsində müqavilə imzalamağa hazır idik”, - Azərbaycan XİN rəhbəri vurğulayıb

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top