Polkovnik Ramaldanov: "Bugünədək separatçılar tərkisilah edilməyib"

SİYASƏT 23 dek 2022, 17:37
"Üçtərəfli bəyannamənin yerinə yetirilməsi və regionda erməni terrorçuların tərki-silah edilməsi çox mühüm məsələlərdir".

Bunu Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. 

Hərbi ekspert vurğulayıb ki,  bu məsələləri həll etməmiş sülhün bərqərar olması mümkün deyil:

"Azərbaycan ərazisində Azərbaycanla razılaşdırılmamış hansısa silahlı qurum varsa, demək  ki, bizi yenə də gözləyir. Təhlükə mənbəyi kimi isə Qarabağdakı erməni terrorçuları həmişə nəzərimizdə saxlamalıyıq. Rusiyanın sülhməramlı qüvvələri Azərbaycanda müvəqqəti yerləşərkən öz üzərlərinə öhdəlik götürmüşdülər. Belə ki, Qarabağdakı erməni birləşmələri tərkisilah olunacaq. Ancaq iki il keçməsinə baxmayaraq, rus hərbiçilərin digər nöqsanları da görünməkdədir. Bugünədək separatçılar tərkisilah edilməyib. Qeyd edim ki, Şuşa-Xankəndi yolunda da artıq 12-ci gündür dinc aksiya keçirilir. Neçə gündür ki, aksiya keçirilsə də, monitorinqin aparılmasına biz nail ola bilmirik. Bu, birinci növbədə Rusiya tərəfinin öz missiyasının layiqincə yerinə yetirməməsində irəli gəlir. Demək ki, orada yerləşən separatçılar məhz terrorçulara arxalanaraq, Rusiya sülhməramlı qüvvələrə öz funksiyasını tam yerinə yetirməyə imkan vermir. Məlumdur ki, geosiyasi arenada da vəziyyət gərgindir, Rusiya Ukraynada gedən döyüşlər nəticəsində  peşəkar hərbiçilərini ora cəlb edib. Orada daha çox səfərbərlikdən yayına bilməyənlər komplekləşdiriblər. Belə bir məlumatlara həm Rusiyanın, həm Ermənistanın mətbuatında rast gəlmək mümkündür".

Ekspert qeyd edib ki, Azərbaycan antiterror əməliyyatları aparmalıdır:

"Biz o zaman Rusiya silahlı qüvvələrinin 5 il tamamında  Qarabağdan getməsinə nail ola bilərik. Antiterror əməliyyatı aparılan zaman Laçın dəhlizi tam şəkildə nəzarətimiz altında olmalıdır ki, ora heç bir qüvvə gəlməsin".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top