Bakıda məhkəmədə şok OLAY: Zalda ürəyi partlayıb öldü — FOTO

KRİMİNAL 23 dek 2022, 14:00
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.

Bu barədə APA-ya vəkil Adəm Məmmədov xəbər verib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Şəmil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.

Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.

Şəmil Qədimov həbsdə deyilmiş.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top