Bu müsabiqənin test imtahanı mərhələsinin nəticələri məlum oldu

SOSİAL 22 dek 2022, 19:06
Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar keçirilən müsabiqənin test imtahanı mərhələsində 211 nəfər uğurlu nəticə əldə edib.

Qanunvericiliyə uyğun olaraq Müsabiqə Komissiyasının qərarı əsasında test imtahanından keçid balı 70 müəyyən edilib. 70 və daha artıq bal toplamış 211 nəfər  müsabiqənin növbəti müsahibə mərhələsində iştirak hüququ qazanıb. 

Müsabiqənin müsahibə mərhələsi barədə Komitənin internet saytı vasitəsilə əlavə olaraq məlumat veriləcək. Müsahibə mərhələsi komissiyanın iştirakı ilə, videoçəkiliş aparılmaqla şəffaflıq şəraitində həyata keçiriləcək.

Test imtahanının nəticələri barədə məlumatı bu linkdən (http://c2b.customs.gov.az/examresinfo.aspx) əldə edə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top