DİN: “Razılaşdırılmamış aksiyaya cəhd edənlərə qarşı tədbir görüləcək”

HADİSƏ 22 dek 2022, 13:51
“Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək”.

Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı açıqlamasında deyib.

Ehsan Zahidov deyib ki, kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır:

“Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top