Bu şəxslər üçün avtobuslar pulsuz olacaq

SOSİAL 25 may 2019, 20:19

UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-dən 30-dək ictimai nəqliyyatdan, biletli azarkeşlərin isə mayın 28-dən 30-dək kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz istifadə edəcəklər


Demokrat.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. 


Onun sözlərinə görə, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 


BNA rəsmisi qeyd edib ki, çarter reysi ilə ölkəmizə gələcək "Arsenal" və "Çelsi" azerkeşlərinin aeroportun "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin "Depo-2" ərazisinə təqdim edilən siyahıya uyğun daşınması "AFN transport" şirkəti tərəfindən həyata keçiriləcək. 

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top