Erkən nikahların daha çox qeydə alındığı RAYONLAR

SOSİAL 21 dek 2022, 16:04
“Ölkəmizdə gənc qızlarda qanazlığı problemi var. Bu, düzgün qidalanmamaqdan qaynaqlanır”.

Demokrat.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova bildirib.

Onun sözlərinə görə, hamiləlik zamanı bu proses daha da gərginləşir: “Anemiya uşağın inkişafına yaxşı təsir göstərmir. Erkən yaşda ailə həyatı quran qızlarda hansısa səbəbdən olduğu bilinməsə də qan təzyiqi qalxır”.

Həkim, həmçinin qeyd edib ki, erkən yaşda ərə gedən qızlarda bir sıra doğuş patologiyaları yaranır:

“Normal doğuş 14 saat çəkir. Ləng doğuş isə daha uzun çəkir. Bu zaman qadının uşaqlıq əzələləri yığılır və uşaq doğulandan sonraq qadında çox təhlükəli qanaxma baş verə bilər.

Hazırda rayonlarda erkən nikahlarla bağlı vəziyyət qənaətbəxşdir. Erkən yaşda nikahlara daha çox Mərkəzi Aran, Dağlıq Şirvan zonasında, hətta Bakı və Abşeron kəndlərində və cənub zonasında rast gəlinir”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top