“Vasif Talıbovun istefası lazım idi” — Siyavuş Novruzov

GÜNDƏM 21 dek 2022, 15:03
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası lazım idi.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Naxçıvandan olan deputatı Siyavuş Novruzov deyib.

“İstefa lazım idi. Sonda istefa verildi. Şayiələr yayılmışdı ki, guya Naxçıvanda camaat ayağa qalxacaq. Gördünüz ki, hər şey sakit yolla həllini tapdı. Azərbaycanda kimsə kiməsə güc göstərə bilməz. Bu, mümkün deyil. Bundan sonra hadisələr sturukturun formalaşmasından asılı olacaq. Ola bilsin ki, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi  təyin olunsun”, - deputat vurğulayıb.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, bu gün istefa qərarı verib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top