Qırğızıstanda nazirin rusca danışması spikeri özündən çıxardı

REGİON 20 dekabr 2022, 22:54
Qırğızıstanda parlament sədri Nurlanbek Şakiyevlə ölkənin Təbii Sərvətlər, Ətraf Mühit və Texniki Müfəttişlik naziri Dinara Kutmanova arasında gərginlik yaşanıb .

Demokrat.az
xəbər verir ki , gərginliyə səbəb cümə günü keçirilən sessiyada xanım nazirin öz çıxışını rus dilində hazırlaması olub .

Parlamentin iclasında havanın çirklənməsinin azaldılması ilə bağlı görülən tədbirlər haqqında çıxış etmək üçün kürsüyə dəvət olunan Kutmanova çıxışını rus dilində hazırladığını deyərək təqdimata başlayıb.

Bundan narazı olan parlament sədri həmin dəqiqə nazirin çıxışına müdaxilə edib .

Spiker Kutmanovadan rus dilində təqdimat hazırlamaq üçün kimdən icazə aldığını və nəyə görə qırğız dilində olmadığını sorusub.

Xanım nazirin sizdən icazə almışam cavabına sərt reaksiya verən sədr "Məndən nə vaxt icazə almısınız? İndi görürəm.təqdimatı dövlət dilində aparmalısınız. Ona görə də çıxışınızı qırğız dilində edin. Qaydalar hamı üçün eynidir" deyə bildirib .

Qısa gərginlikdən sonra nazir Kutmanova çıxışını qırğız dilində davam etdirib.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top