“Bu addım media subyektlərinin inkişafına təkan verəcək”

MEDİA 20 dek 2022, 18:01
Bu gün Medianın İnkişafı Aganetliyi tərəfindən keçirilən onlayn media subyektlərinə və çap mediası subyektlərinə dəstək müsabiqəsinin qalibləri elan edilib. Qaliblər sırasında Bizim.Media xəbər portalı da yer alıb. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Bizim.Media xəbər portalının baş redaktoru Anar Tahirov Media İnkişaf Agentliyinin təşəbbüsünü yüksək qiymətləndirib və bu addımın media subyektlərinin inkişafına təkan verəcəyini bildirib: 

“Bu cür müsabiqələrin təşkili Azərbaycanda media sahəsinə xüsusi diqqətin yönəlməsinə və bu sahədə ciddi ictimai tələbin formalaşmasına səbəb olacaq. Artan tələb isə öz növbəsində media subyektlərinin fəaliyyətlərini daha da təkmilləşdirməyə, yeni və müasir tendensiyalardan istifadə etməsini şərtləndirəcək. Həmçinin, media subyektləri arasında sağlam rəqabətin Azərbaycanda jurnalistika peşəsinin və media sferasının inkişafına təkan verib"
Bu istiqamətdə Medianın İnkişafı Agentliyi tərəfindən görülən işləri yüksək qiymətləndirdiyini qeyd edən Anar Tahirov, Bizim.Media xəbər portalının göstərilən etimadı tam şəkildə doğrultmağa çalışdığını bildirib.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top