Kürdə qadın meyiti tapıldı

SOSİAL 19 dek 2022, 22:43
Şirvanda Kür çayında meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.

APA-nın məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyən edilib.

Həmin şəxsin Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Füzuli rayon sakini, 2005-ci il təvəllüdlü Mehdizadə Aysun Nuhun qızı olduğu müəyyən edilib. Onun bir gün əvvəl itkin düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top