Cəlilabadda elektrik enerjisinin verilməsində fasilə yaranıb

SOSİAL 16 dek 2022, 21:53
Cəlilabad rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu barədə "Report"un Muğan bürosuna Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kv-luq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb.

Qəzanın qarşısının alınması məqsədilə elektrik yarımstansiyasında təmir işlərinin aparılması üçün Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində iki saat fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top