Maskın "Twitter"i amerikalı jurnalistləri blokladı

DÜNYA 16 dek 2022, 12:45
Tviterin sahibi İlon Mask, ailəsi və şirkətin yeni siyasəti haqda yazan jurnalistlərin hesablarını bloklayıb.

Demokrat.az
bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Bildirilir ki, "New York times" ve "Washington Post" qəzetlərinin jurnalistləri, o cümlədən CNN telekanalının əməkdaşının hesabı bloklanıb.

Buna səbəb kimi insanların şəxsi məlumatlarının açıqlanması ilə bağlı tviterin tətbiq etdiyi yeni siyasətdir.

Məsələ ilə bağlı paylaşım edən Mask bunları qeyd edib:

"Bu sistem insanların razılığı olmadan onların şəxsi və məxfi məlumatlarının axtarılması və dərc edilməsini qadağan edir. Hamı kimi jurnalistlər də qaydalara tabedirlər".

İ.Mask, həmçinin Florida Universitetinin tələbəsi Çek Svini və onun timsalında ailəsinə qarşı təzyiqləri dəstəkləyən bütün təşkilatları məhkəməyə verəcəyini bildirib.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top