Bakı-Quba yolundakı qəzada xəsarət alan şəxsin kimliyi MƏLUM OLDU

HADİSƏ 15 dek 2022, 11:30
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.

Demokrat.az
xəbər verir ki, bu barədə "Report"un Şimal bürosu məlumat əldə edib.

Məlumata görə, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top