Ağ Ev Ukraynada əsir mübadiləsi zamanı ABŞ vətəndaşının təhvil verildiyini açıqladı

DÜNYA 14 dek 2022, 22:25
 ABŞ vətəndaşı Ukraynada əsir mübadiləsi zamanı təhvil verilib.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki , ABŞ vətəndaşı Ukraynada məhbus mübadiləsi zamanı Vaşinqtona təhvil verilib.

Demokrat.az Ukrayna  mətbuatına  istinadən bildirir ki,  Kirbi açıqlamasında  "ABŞ vətəndaşının köçürüldüyünü təsdiq edə bilərəm" deyib.

Dekabrın 14-də Ukrayna Prezident Aparatının rəhbəri Yermak Moskva ilə Kiyev arasında məhbus mübadiləsinin baş verdiyini açıqlayıb.

Onun sözlərinə görə, Kiyev Ukrayna Silahlı Qüvvələrinin (AFU) 64 hərbçisini və ABŞ vətəndaşı Suedi Murekezi, həmçinin ölən 4 nəfərin cəsədini qaytarmağa nail olub.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top