Polşa Ukraynaya təxminən 2 milyard dollarlıq hərbi yardım edib

DÜNYA 13 dek 2022, 00:13
Polşanın Ukraynaya verdiyi hərbi dəstəyin ümumi məbləği təxminən 2 milyard ABŞ dollarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında deyib.

Polşa liderinin sözlərinə görə, onlar Almaniya prezidenti ilə Ukraynanın var güc ilə dəstəklənməli olduğuna dair eyni fikri bölüşürlər.

“Ukraynanı hərbi mənada dəstəkləməliyik. Polşa hərbi dəstək üçün belə bir fürsət yaradır, o cümlədən bu dəstəyin həyata keçirilməsi üçün ərazisini təmin etməklə. Öz standartlarımıza görə Ukraynaya böyük dəstək göndərmişik. Biz bunu təxminən 2 milyard dollar dəyərində qiymətləndiririk. Bu, bizim üçün çox böyük məbləğdir”, - A.Duda deyib.

“Daim Ukraynanı dəstəkləyirik. Polşada istehsal olunan silahların özünü doğrultduğunu və Ukrayna əsgərlərinə kömək etdiyini eşitməyə şadıq”, - o əlavə edib.
Daha əvvəl Polşanın Ukraynaya tanklar, pilotsuz uçuş aparatları, digər hərbi texnika, döyüş sursatları, təyyarələr üçün ehtiyat hissələri verdiyi bildirilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top