Qaxda kəklikotulu çaydan zəhərlənən bir ailənin beş üzvünün vəziyyəti ilə bağlı AÇIQLAMA

SOSİAL 12 dek 2022, 19:15
Qaxda bir ailənin beş üzvünün kəklikotulu çaydan zəhərlənməsi ilə bağlı onları müalicə edən həkim açıqlama verib.

Həkim-revmatoloq Naira Papiaşvili bildirib ki, kəklikotulu çaydan zəhərlənmə faktı onun rastına gələn ilk hadisədir:

“Dünən axşam saatlarında xəstəxananın təcili yardım şöbəsinə ailə üzvləri iksi azyaşlı olmaqla (5 və 7 yaşlı), ana, ata və nənə daxil olublar. Ailə üzvlərinin sözlərinə görə, onlar kəklikotulu çayı qəbul etdikdən sonra vəziyyətləri pisləşib. Yəqin ki, otun içinə başqa bitki qarışıb və zəhərlənmə verib. Xəstələrə lazımı yardım göstərilərilib və evə göndəriliblər”.

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top