Ceyhun Bayramov Qarabağdakı qanunsuz silahlı birləşmələrdən danışdı

XARİCİ SİYASƏT 12 dek 2022, 17:49
"Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb".

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.

Nazir qeyd edib ki, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir:

"O cümlədən, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edilir. Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı".

XİN başçısının sözlərinə görə, Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur:

"Çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir". 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top