ABŞ-ın “Orion” kosmik gəmisi Yerə qayıtdı

DÜNYA 11 dek 2022, 23:10
“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş ABŞ-ın “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdıb. 

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

Mənbə yazır ki, “Orion” gəmisi San-Diyeqo yaxınlığında Sakit okeana enib.

NASA qeyd edib ki, gəmiyə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi noyabrın 16-da orbitə buraxmışdı.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top