İngiltərə millisinin baş məşqçisi istefaya göndəriləcək?

İDMAN 11 dek 2022, 21:40
İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefaya göndərilməyəcək.

Bu barədə İngiltərə Futbol Assosiasiyasının yaydığı açıqlamada deyilir.

Bildirilib ki, yığma Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırlamışdı.

“Futbolçular titulu qazanmaqda tam qərarlı idilər. Biz turnirlə vidalaşmamalı idik. Çox maraqlı və gənc komandamız var. Nəticədən asılı olmayaraq, onlar DÇ-2022-dəki çıxışları ilə fəxr etməlidirlər”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. Sautgeytin milli komanda ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top