Moskva hava limanını su basdı — VİDEO

REGİON 11 dek 2022, 18:26
Moskvanın Şeremetyevo hava limanını su basıb. Hadisə yerindən görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin B terminalında baş verdiyi bildirilib. Orada həyəcan siqnalı işə düşüb və içəriyə su daxil olmağa başlayıb.

Hadisə şahidləri tavanın uçduğunu da deyirlər. Lakin məlumat hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, Moskvada əlverişsiz hava şəraiti səbəbindən çox sayda aviareys ləğv olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top