Baş Prokurorluq: Bu il 79 qadın qətlə yetirilib — VİDEO

SOSİAL 10 dek 2022, 21:50
2022-ci il ərzində qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın zərər çəkib.

Bu barədə qadınlara qarşı zorakılıq halları ilə bağlı Baş Prokurorluğun ictimaiyyətə video müraciətində bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, birinci dərəcəli hüquqşünas Aynur Əfəndiyeva qadınlara qarşı psixi və fiziki zorakılığın sağlam cəmiyyət üçün təhdid olaraq qaldığını deyib:

“Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır. Susaraq cinayətə ortaq olmayın! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur”, - deyə müraciətdə qeyd olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top