“TEDx” formatında “#MEDİAtalks” tədbiri keçirilib — FOTOLAR

MEDİA 10 dek 2022, 15:50
“Media savadlılığı” konfransı çərçivəsində “TEDx” formatında “#MEDİAtalks” tədbiri keçirilib. İctimai Televiziyanın aparıcısı, “Cəhənnəmdə böyük çığırtı” və “Əsir düşərgəsi” kitablarının müəllifi Vüsalə Məmmədova dezinformasiyaların müxtəlif insanların həyatında yaratdığı mənfi təsirlərdən, media savadlılığının həyatımızda oynadığı önəmli roldan bəhs edib. 

Daha sonra MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında gənclərin iştirakı ilə “Dezinformasiyaya qarşı: Faktların araşdırılması” mövzusunda vörkşop baş tutub.



















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top