Avropa İttifaqı Ukraynaya hərbi yardımı 2 milyard avro artıracaq

DÜNYA 08 dek 2022, 23:59
Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün nəzərdə tutulan fondun vəsaitini ən azı 2 milyard avro artıracaq.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Hazırda fondda 2021-2027-ci illəri əhatə edən hərbi yardımın büdcəsi 6 milyard avrodur.

Buradan təkcə Ukraynaya deyil, digər ölkələrə də silah tədarükü maliyyələşdirilir.

Ümumi məbləğin ən azı yarısı Kiyev üçün saxlanılır.

Lakin Aİ ölkələri bunun kifayət etmədiyi qənaətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top